|
«Bizim Market» mağazalar şəbəkəsinin strateji baxışı
-İstehlakçılarla birlikdə uygun qimətlərlə, keyfiyyətli məhsulları təqdim edən və yüksək səviyyəli xidmət göstərən Azərbaycanın aparıcı Mağazalar Şəbəkəsi оlmaq.
«Bizim Market» mağazalar şəbəkəsinin missiyası
-Fəaliyyətində dinamik, yenilikçi və şəffaf оlaraq müştərilərə fərdi yanaşmaqla оnların ehtiyacını maksimal şəkildə ödənilməsi üçün fərqli həll yоllarından istifadə edərək müştəri məmnuniyyətini təmin etmək.
-Şəbəkə, müştərilərin, tədarikçilərin və işçilərin maraqlarını qоruyur.
«Bizim Market» mağazalar şəbəkəsinin korporativ dəyərləri
İşə sədaqət. Biz ümumi işə sadiqik. Biz Şəbəkənin Missiyasını yerinə yetirməyə can atırıq.
Qanunauyğunluq. Biz beynəlqxalq hüququn hamı tərəfindən tanınan prinsip və normalarına, Azərbaycan Respublikası Qanunvericiliyinə, bu Kodeksin müddəalarına, Şəbəkənin digər daxili sənədlərinə, həmçinin işgüzar dövriyyənin qaydalarına şərtsiz əməl edirik.
Sosial ədalət: Biz sosial ədalətə doğru səy göstəririk.
Şəxsiyyətin şərəf və ləyaqətinə hörmət. İrqindən, mülkiyyətindən, ictimai vəziyyətindən və hüquqi statusundan asılı olmayaraq, biz insanın hüquq və azadlıqlarına hörmətlə yanaşırıq. Onların müdafiəsinin və onlara riayət edilməsinin bizim üçün mühüm dəyəri var.
Peşəkarlıq. Biz Müştərilərə xidmət üzrə bütün fəaliyyətimizi vicdanla, vaxtında və ən yaxşı şərtlərlə həyata keçiririk. Biz daimi özünü təkmilləşdirməyə, yeniliyə can atırıq. Biz şəbəkənin daha da səmərəli işləməsi üçün ən yaxşı vasitələr və imkanlar axtarırıq.
Korporotivlik: Biz məsləkdaşlarımızla münasibətlərimizi qarşılıqlı anlaşma, inam, qarşılıqlı yardım və korporotiv həmrəylik əsasında qururuq. Biz məsləkdaşlarımızla peşəkar biliklərimizlə və əməli təcrübə ilə mübadilə edirik.
Səmimilik: Biz Tədarikçilər, Müştərilər və Dövlət hakimiyyəti orqanları üçün Şəbəkənin fəaliyyətinin ən çox səmimilik və şəffaflıq siyasətinə üstünlük veririk.
Şəffaflıq. Şəbəkəyə aid hər hansı bir məlumatın internet vasitəsilə maraqlı şəxslərə çatdırmağı qarşımıza məqsəd qoymuşuq
Təhlükəsizlik. Biz üçüncü şəxslər tərəfindən Rəhbərliyə, Şəbəkəyə, Müştərilərə, Şəbəkənin Əmkdaşlarına, Dövlət və Dünya birliyinə qarşı yönələn istənilən hüquqa zidd əməllərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görürük.
Məsuliyyət. Biz, Sahibkar qarşısında-fəaliyyətimizin nəticəsinə görə, Müştərilər qarşısında-Şəbəkə xidmətinin keyfiyyətinə görə, İctimaiyyət və Dövlət qarşısında-şəxsiyyətə, onun hüquq və azadlıqlarına hörmətə görə, Azərbaycan İqtisadiyyatının inkişafına qoyduğumuz sərmayəyə görə cavabdehik.
Yeniliçilik. Biz mütəmadi olaraq müştərilərimizin mənafeyinə uygun yenilikləri inkişaf etdirməyə səy göstəririk.
|